Şrift:
Şəhid Rauf Süleymanova məxsus əşyalar muzeyə təhvil verilib
24.02.2021 [12:29] - Xəbərlər, Mədəniyyət
Şəhid Rauf Süleymanova məxsus bir sıra əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Bu barədə muzeydən məlumat verilib.

Rauf Süleymanov 1987-ci ildə Neftçala rayonunda anadan olub. Bərdə rayonunda Daxili Qoşunlarda hərbi xidmət keçib. Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib. Türkiyədə təlim keçib. Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed