Şrift:
“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
19.03.2021 [11:34] - Xəbərlər, İqtisadiyyat
“Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı İdarələrində, şəhər və rayon elektrik şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək qəza xidməti və 199 Çağrı mərkəzi 24 saat istehlakçıların xidmətindədir. Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

“Azərişıq” istehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzinə müraciət etsinlər.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed