Şrift:
Siyasi partiyaların ofislə təminatı davam etdirilir
30.03.2021 [11:07] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.

Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu prosesin davamı olaraq, martın 29-da ƏMDX tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed