Şrift:
Qazaxıstanda hava limanı və dəmir yolu stansiyalarında karantin qaydaları sərtləşdirilib
16.04.2021 [10:43] - Gündəm, Sosial
Qazaxıstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması ilə əlaqədar olaraq ölkənin “qırmızı zona”da olan bölgələrində, hava limanları və dəmir yolu stansiyalarında karantin məhdudiyyətləri sərtləşdirilib.

Nəqliyyat üzrə baş dövlət sanitar həkimi Janar Urazalinanın qərarına əsasən, “qırmızı zona”da yerləşən hava limanları və dəmir yolu stansiyalarının binalarında sərnişinləri yola salmaq və qarşılamaq qadağan edilib.

Xatırladaq ki, Qazaxıstanda “qırmızı zona”ya Nur-Sultan, Almatı, Çimkent, Atırau, Aktobe, Akmola, Almatı, Qərbi Qazaxıstan və Karaqanda bölgələri daxildir.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed