Şrift:
Yağsız mal ətinin ürək üçün faydalı olduğu məlum olub
16.04.2021 [10:48] - Gündəm, Sağlıq
Qırmızı ətin ürək üçün zərərli olduğunu düşünürük. Lakin son tədqiqatlar göstərir ki, yağsız mal ətini də sağlam qida rasionumuza daxil edə bilərik.

“MedicForum” saytına istinadla xəbər verir ki, tədqiqatlar nəticəsində məlum olub ki, kiçik yağsız mal əti hissələrindən ibarət olan Aralıq dənizi pəhrizi ürək xəstəliklərinin inkişaf riskini azaldır.

Pensilvaniya Universitetinin qidalanma üzrə dosenti Jennifer Fleming söyləyib ki, araşdırmalara görə sağlam qida rasionunu özündə ürək üçün faydalı olan geniş çeşidli ərzaq məhsullarını, o cümlədən də qırmızı əti ehtiva edir.

“Meyvə, tərəvəz və digər bitki mənşəli məhsullara əsaslanan sağlam bir pəhriz yaratdıqda, yağsız mal əti kimi digər məhsullar üçün də yer qalır", - deyə J.Fleming bildirib.

Əvvəlki tədqiqatlarda mal əti kimi qırmızı ətin də ürək xəstəliyi riskini artırdığı bildirilirdi. Ancaq bu təsirlərə həqiqətən qırmızı ətin və ya hansısa digər pəhriz növlərinin səbəb olması hələlik aydın deyil.

Bundan əlavə, tədqiqatçılar sağlamlığı qiymətləndirərkən bir çox araşdırmada həm təzə, həm də emal olunmuş qırmızı ətdən istifadə ediblər. Tədqiqatın nəticələrindən də məlum olduğu kimi, emal olunmuş ət məhsullarının tərkibində natrium daha çox olur.
Bu xəbər oxucular tərəfindən 1480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed