Şrift:
Dünyada koronavirusa qarşı indiyədək istehsal olunmuş peyvənd dozalarının ümumi həcmi bir milyardı ötüb
16.04.2021 [10:51] - Gündəm, Sağlıq
Dünyada koronavirusa qarşı indiyədək istehsal olunmuş peyvənd dozalarının ümumi həcmi bir milyardı ötüb.

Bu məlumatı “Airfinity“ məlumatların təhlili şirkəti yayıb. Müxtəlif şirkətlərin məlumatlarının və elmi araşdırmaların təhlili üzrə ixtisaslaşan quruma görə, peyvənd istehsalatında bir milyardlıq həddə aprelin 12-də çatılıb, mayın sonuna kimi isə daha bir milyard peyvənd dozasının istehsalı başa çatmalıdır.

Həmçinin qeyd edilib ki, Avropa İttifaqı ölkələrində 447 milyon əhalinin dörddəüç hissəsinin koronavirusa qarşı peyvəndlənməsi planı azı iki ay gecikəcək. Buna əsas səbəb “Johnson & Johnson“ peyvəndinin Aİ bazarına çatdırılmasının gecikməsidir. Bununla da vaksinasiya kampaniyasında nəzərdə tutulan hədəf sentyabr ayının sonu əvəzinə, dekabr ayına qədər ləngiyə bilər.

2015-ci ildə təsis edilən “Airfinity“ şirkətinin məqsədi məlumatların analizi sayəsində daha çox şəffaflığa nail olmaq, daha dəqiq proqnozlar vermək və bununla da elmi tədqiqat və inkişaf layihələrinin irəli aparılmasına nail olmaqdır.
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed