Şrift:
“Johnson & Johnson“ peyvəndinin Avropa İttifaqında tətbiqi tövsiyə edilib
21.04.2021 [10:32] - Gündəm, Sağlıq
Avropa Dərman Agentliyi (EMA) “Johnson & Johnson“ konserninin koronavirus əleyhinə istehsal etdiyi peyvəndin Avropa İttifaqında tətbiqini tövsiyə edib.

EMA bu peyvəndin faydalarının risklərindən daha çox olduğunu da elan edib. Rikslər sırasında ilk olaraq “nadir hallarda baş verən qeyri-adi tromboz halları ilə mümkün bağlantılar” qeyd edilib.

EMA-nın “Human” Dərman Vasitələri Komissiyasının ekspertləri ABŞ-da qeydə alınmış riskli halları sürətləndirilmiş prosedur çərçivəsində tədqiq ediblər. Qeyd edilib ki, indiyədək Aİ ölkələrində bu kimi hallar müşahidə edilməyib. Ona görə də EMA koronavirusa qarşı mübarizədə bu peyvəndin faydalarını mümkün risklərdən daha üstün qiymətləndirib.

Bir həftə bundan öncə ABŞ-da “Johnson & Johnson“ peyvəndinin tətbiqi beyin venalarının trombozu hallarından sonra dayandırılıb. İndiyədək yeddi milyon dozanın tətbiq edildiyi bu ölkədə tromboz hallarının sayı səkkizə bərabər olub. Şirkət Aİ-yə nəzərdə tutulan peyvənd partiyalarının göndərilməsini təxirə salsa da, EMA öz qərarını bu peyvəndin xeyrinə verib. 2021-ci il ərzində Aİ bu konsernin 200 milyon peyvənd dozasını almaq üçün müqavilə bağlayıb.
Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed