Şrift:
BMT-nin Ümumdünya Ərzaq Proqramı Venesuelada 185 min uşağı əhatə edəcək
22.04.2021 [10:10] - Xəbərlər, Siyasət
BMT-nin aclığa qarşı mübarizə üzrə Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Venesuelada müvafiq proqram həyata keçirir.

Humanitar böhran və pandemiya 9,3 milyon venesuelalının və ya əhalinin üçdə birinin ərzaq çatışmazlığı ilə üzləşməsinə səbəb olub. Proqram məktəblərə yönəldiləcək və əvvəlcə 185 min uşağı əhatə edəcək.

ÜƏP-in məlumatlarına görə, Venesuelada 5 yaşınadək olan hər üçüncü uşağın qida çatışmazlığı səbəbindən çəkisi normadan aşağıdır. Venesuela ailələrinin yalnız 8 faizi ərzaq məhsulları da daxil olmaqla öz xərclərini ödəyə bilir.

Koronavirus başlayandan sonra ilk üç ay ərzində, 2020-ci ilin aprelindən iyul ayınadək, 5 yaşa qədər olan uşaqlar arasında kəskin qida çatışmazlığı 73 faiz artıb.

ÜPİ-nin məqsədi 2022-2023-cü illərədək 1,5 milyon məktəblini ərzaqla təmin etməkdir. Öhdəlik, əsasən məktəbəqədər təhsil müəssisələrini və xüsusi təhsil məktəblərini ərzaqla tam təmin etmək, həmçinin məktəb yeməkxanalarının təmirinə sərmayə yatırmaqdan ibarətdir.

Pandemiyanın başlamasından artıq bir il keçməsinə baxmayaraq, Venesuela təhsil prosesini bir dəfə də olsun bərpa etməyən regionun nadir ölkələrindəndir.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed