Şrift:
Özbəkistan və Çin alimləri COVID-19 əleyhinə yeni vaksin ixtira ediblər
22.04.2021 [10:17] - Xəbərlər, Sosial
Özbəkistan Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutu Çin Elmlər Akademiyasının alimləri ilə birgə COVID-19 əleyhinə “Rutan” adlı yeni vaksin ixtira ediblər.

Yeni vaksin bitkilər əsasında hazırlanan yeganə təbii dərmandır.

Aparılan klinik tədqiqatlar göstərir ki, “Rutan” vaksinindən COVID-19 virusunun və müxtəlif ağırlıqda olan pnevmoniya xəstələrinin müalicəsində istifadə oluna bilər.

Qeyd olunur ki, “Rutan” tamamilə təhlükəsizdir və koronaviruslu xəstənin oksigen çatışmazlığına müqavimətini artırır.

Bu günlərdə Çinin Özbəkistandakı “China-Uzbekistan Medicine Technical Park” birgə müəssisəsi və “Radiks” şirkəti tərəfindən yeni vaksinin istehsalına başlanacaq.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed