Şrift:
1003 Xocalı sakinini əsirlikdən qurtarmış qəhrəman: Allahverdi Bağırovun anım günüdür
22.04.2021 [10:36] - Xəbərlər, Siyasət
Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə Ağdamda anadan olub.

Yeddi qız övladından sonra dünyaya gələn uşağın adını valideynləri Allahverdi qoyub.



O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi.

Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alan Allahverdidə gənc yaşlarından təşkilatçılıq istedadı vardı.

Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. O uzun illər Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub.



Ermənilərin Azərbaycana qarşı separatçılığa başlaması ilə Allahverdi milli hərəkata qoşulur. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşur. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.



1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında onun böyük rolu olmuşdu.
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı.



1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikasını darmadağın etmişdi. O, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmişdi. Həmin əməliyyat zamanı Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.

Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed