Şrift:
Muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faizə çatıb
23.04.2021 [10:43] - Gündəm, İqtisadiyyat
Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf qorunub saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 92,7 faizi malların, 7,3 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,9 faiz təşkil edib. Bu, ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed