Şrift:
TÜRKPA-nın Baş katibi: belə bəyanatlar dünyada kövrək qarşılıqlı anlaşmanı və etimadı sarsıdır
26.04.2021 [09:53] - Gündəm, Türk dünyası-Turan
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov ABŞ prezidentinin 1915-ci ildə Birinci Dünya müharibəsi dövründə baş verən dramatik hadisələrlə bağlı açıqlamasından narahatlığını ifadə edib

A.Mamayusupovun fikirlərini təqdim edir:

“ XX əsrin tarixi hadisələri siyasi dividendlərlə diktə oluna bilməz, çünki belə bəyanatlar dünyada kövrək qarşılıqlı anlaşmanı və etimadı sarsıdır”.

Baş katib xüsusi olaraq vurğulayıb ki, tarixi aspektlər peşəkar tarixçilər tərəfindən araşdırılmalıdır. A.Mamayusupov beynəlxalq, xüsusilə elmi ictimaiyyəti bu tarixi insidentlərlə bağlı arxivlərin öyrənilməsi məqsədilə tarixçilər arasında Türkiyə tərəfindən dəfələrlə irəli sürülmüş birgə komissiyanın yaradılması təklifini təkidlə dəstəkləməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 2478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed