Şrift:
Ağdaşda şəhidlərə həsr olunan “Ən ali məqam” kitabının təqdimatı keçirilib
27.04.2021 [10:15] - Gündəm, Kitab evi
Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Əməkdar müəllim Yaqut Mustafayevanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ağdaşın igid oğullarının həyatından, döyüş yolundan bəhs edən “Ən ali məqam” kitabının təqdimatı keçirilib.

Tədbiri açan rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən danışıb, müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Vətən müharıbəsində Ağdaşdan 32 nəfər şəhid olub, bir nəfər itkin düşüb. İ.Yusifzadə, eləcə də digər çıxış edənlər bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib, şəhidlərimizə həsr edilən sözügedən kitabın yetişməkdə olan gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətini vurğulayıblar. Sonda ağdaşlı şəhidlərdən bəhs edən “Ən ali məqam” kitabının müəllif Yaqut Mustafayeva əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə edib, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed