Şrift:
Özbəkistanda azərbaycanlı yazıçının romanı çap olunub
27.04.2021 [10:34] - Xəbərlər
Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı özbək dilində çap olunub.

Romanı özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

R.Cabbarovun tərcüməsində Varisin “Sənə inanıram” romanı bu nəşriyyatda ötən il işıq üzü görüb.

Varisin “77 gün” romanı isə R.Cabbarovun tərcüməsində hissə-hissə “Darakçi” qəzetində dərc edilib və bu ilin sonunadək kitab kimi nəşri nəzərdə tutulub.

Xatırladaq ki, bir çox Azərbaycan yazıçısının əsərləri Daşkənddə R.Cabbarovun tərcüməsində çap olunub.
Bu xəbər oxucular tərəfindən 2282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed