Şrift:
Təbrizdə ərzaq qıtlığı:Mağazalar qarşısında uzun növbələr yarandı
29.04.2021 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Pandemiyaya görə "qırmızı epidemoloji vəziyyət" elan edilmiş Təbrizdə də əhali hər gün bezdirici ərzaq növbələrinə dayanır. Bu barədə yerli media foto və videolar paylaşıb, durumun ağır olduğunu yazıb.

Son günlər yağın qiyməti bir neçə dəfə artıb. Bununla əlaqədar yaranmış qıtlıq insanları çətin duruma salıb. Əhali tapılmayan ərzaq məhsullarını əldə etmək üçün mağazaların qarşısına toplaşmağa məcbur olub.

Təbrizin “azərəncümən” xəbər saytı yaydığı videoda şəhərin Axmaqaya bölgəsində yerləşən bir mağazanın qarşısında yaranmış izdihamı nümayiş etdirir.

Martın əvvəllərində yaşanan maye yağ qıtlığı ilə bağlı təbrizli rəssam Elnaz Xakzadın ”yağ atlı olub biz piyada” karikaturası sosial şəbəkə istifadəçilərinin marağına səbəb olmuş və əhalinin geniş rəğbətini qazanmışdı.

Qeyd edək ki, bir müddət öncə quş ətinin, yağ, şəkər tozu və s. məhsulların qıtlığı dəfələrlə Təbriz əhalisinin və satıcıların etiraz aksiyası keçirmələrinə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed