Şrift:
DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib
03.05.2021 [14:39] - Xəbərlər, Mədəniyyət
Mayın 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti “GRE: General Test” imtahanı keçirilib. Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

DİM-dən bildirilib ki, imtahanda 1 nəfər iştirak edib. İmtahanın nəticəsini ETS-in saytında 10-15 gün sonra onlayn öyrənmək olar.

Növbəti “GRE:General Test” imtahanının iyun 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında müvafiq linkdən əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed