Şrift:
Mayın 3-də 119 nəfər koronavirusa qarşı vaksinasiya olunub
04.05.2021 [09:41] - Gündəm, Sağlıq
Azərbaycan Respublikasında mayın 3-də daha 119 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 24 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 517 min 42-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 303, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 739 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed