Şrift:
“Səbail” klubu “Qəbələ”yə qalib gəlib
04.05.2021 [09:46] - Gündəm, İdman
Mayın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

“ASCO Arena”da “Səbail” klubu “Qəbələ”ni qəbul edib.

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüşün ilk yarısı qolsuz tamamlanıb. 52-ci dəqiqədə “Qəbələ”nin legioneri Merab Giqauri ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. “Səbail” 10 dəqiqə sonra say üstünlüyündən yararlanmağı bacarıb. Amil Yunanov keçmiş klubunu məyus edərək paytaxt təmsilçisinə qələbə qazandırıb - 1:0.

Bununla da xalını 24-ə çatdıran “Səbail” “Qəbələ”yə çatıb. Hazırda əyalət və paytaxt komandaları 5-6-cı yerləri bölüşürlər.

Qeyd edək ki, turun açılış oyununda “Neftçi” səfərdə “Keşlə”ni darmadağın edib - 3:0. Tura mayın 4-də “Qarabağ” – “Zirə” və “Sumqayıt” – “Sabah” görüşləri ilə yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed