Şrift:
Çində əhaliyə 275 milyon doza peyvənd vurulub
04.05.2021 [09:52] - Gündəm, Sosial
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə vurulan peyvəndin miqdarı 275 milyon dozaya çatıb.

Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının miqdarına görə dünyada birincidir.

Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Bu mərhələdə ilkin olaraq böyük və orta şəhərlərdə, liman şəhərlərində və sərhədyanı zonalarda yaşayanların, dövlət müəssisələrində çalışanların, ali məktəblərin müəllim və tələbələrinin peyvənd olunmasına üstünlük verilir.

Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da istifadəyə verilib.

Qeyd edək ki, vaksinasiyada “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan 3 inaktiv peyvənddən istifadə olunur. Yaxın günlərdə bu siyahıya “CanSino” şirkətinin rekombinant adenovirus peyvəndi də əlavə olunacaq.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed