Şrift:
Avstriyada “yaşıl pasport“dan əvvəl “sarı pasport“ tətbiq ediləcək
04.05.2021 [10:04] - Gündəm, Sosial
Mayın 3-də Avstriya Parlamentinin növbədənkənar iclasında koronavirusa qarşı peyvənd olunmuş şəxslər üçün sənədlərlə bağlı məsələyə baxılıb.

Parlamentin qərarına əsasən, koronavirusa qarşı peyvənd olunmuş şəxslər COVID-19 testindən azad ediliblər və müvafiq məkanlara giriş zamanı onlardan belə bir arayış tələb edilməyəcək.

Rəqəmsal və kağız formasında “yaşıl pasport“ların iyun ayında tətbiqinə başlanacağını nəzərə alaraq, həmin dövrə kimi “sarı pasport“ adlanan kağız arayışlardan istifadə ediləcək.

İyun ayından etibarən isə Avstriyada mobil telefonlar üçün QR-kodu ilə tətbiq olunan “yaşıl pasport” qüvvəyə minəcək. Koronavirusa qarşı peyvənd olunan, xəstəlikdən sağalan və aktiv COVID-19 testi olan şəxslər Avstriya İctimai Səhiyyə Portalında qeydiyyatdan keçdikdən sonra mobil tətbiqi göstərməklə müvafiq məkanlara giriş əldə edə biləcəklər. Yaşlı nəslin nümayəndələri və ya mobil həll variantından istifadə edə bilməyənlər üçün isə analoji ”giriş bileti” imkanı yaradılacaq. Portal üzərindən qeydiyyatdan keçən həmin şəxslər müvafiq arayışı çap edərək özləri ilə götürməli olacaqlar.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed