Şrift:
Gürcüstanda “Sinopharm” preparatı ilə peyvənd vurulmasına başlanılıb
04.05.2021 [10:09] - Gündəm, Borçalı
Mayın 4-də Gürcüstan əhalisinin Çin istehsalı olan “Sinopharm” preparatı ilə peyvənd olunmasına başlanılıb.

Bu barədə Gürcüstan İmmunizasiya portalı məlumat yayıb.

Portalın məlumatına görə, artıq 15 min 325 nəfər “Sinopharm” peyvəndini qəbul etmək üçün qeydiyyatdan keçib. Bu tip vaksini qəbul etmək üçün qeydiyyat davam edir.

Qeyd edək ki, bu günədək dünyanın 35 ölkəsində 200 milyon dozadan çox “Sinopharm” vaksini istifadə edilib.
Bu xəbər oxucular tərəfindən 23469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed