Şrift:
Yardımlıda indiyədək 1334 hektar sahədə yazlıq bitkilər əkilib
05.05.2021 [10:45] - Gündəm, İqtisadiyyat
Yardımlı rayonunda 2021-ci ilin məhsulu üçün yazlıq bitkilərin əkin mərhələsinin qızğın vaxtıdır. İndiyədək rayon üzrə 1334 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yazlıq əkin sahəsinin 447 hektarını dənli və dənli paxlalı bitkilər, 740 hektarını kartof, 147 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir. Yazlıq bitkilərin əsas hissəsi kartof sahəsindən ibarətdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ildə 19,5 hektar çox əkin aparılıb və artım əsasən dənli və dənli paxlalılar sahəsində qeydə alınıb.

Hazırda Yardımlıda yazlıq bitkilərin əkini davam edir.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed