Şrift:
“Bütün bunlar o deməkdir ki, Azərbaycan şər üçbucağına qarşıdır” - Partiya sədri
05.05.2021 [16:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Bu addım o deməkdir ki, Ağ Ev Azərbaycanın önəmini anlayır”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Prezidenti Co Baydenin Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verməsinin ölkəmizə hansı divident və üstünlüklər gətirəcəyini şərh edərkən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib:

"Növbəti dəfə Vaşinqtonun Azərbaycana yardımlara qadağa qoyan məlum "907-ci düşəliş”i bir illiyə qüvvədən salması və yardımları davam etdirməsi o deməkdir ki, Azərbaycana münasibətdə sabit xətt var. Onlar Azərbaycanı tərəfdaş səviyyəsində əməkdaşlıq edəcək ciddi faktor kimi qəbul edir, ölkəmizin önəmini anlayırlar. Doğrudur, düzəliş tamamilə ləğv olunmayıb. Nadir hallarda Amerika parlamenti tərəfindən verilən qərarlar ləğv olunur. Hər halda qüvvədən düşmə müddətinin növbəti dəfə uzadılması da onun ləğv etmək anlamına gətirilə bilər”.

Partiya sədrinə görə, ABŞ-ın bu qərarı hər şeydən əvvəl Azərbaycanın bölgədə ciddi qüvvəyə çevrilməsilə bağlıdır: "Digər tərəfdən, postmüharibə dövründə ölkəmizin meqalayihələr üçün əhəmiyyəti daha da artıb. Məlum Zəngəzur dəhlizini misal göstərə bilərik. ABŞ dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidentilə danışanda cənub qaz dəhlizinin əhəmiyyətini, Əfqanıstandakı terrorla mübarizədə ölkəmizin oynadığı rolu vurğuladı. Bu mənada Baydenin ölkəmizə hərbi yardım göstərməyə icazə verməsi də Azərbaycanın önəmli rola malik olduğuna işarədir. Vaşinqton tərəfindən atılan belə addımlar Ermənistanda soyuq duş effekti yaradıb. Bütün bunlar o deməkdir ki, Azərbaycan ABŞ-ın gətirmək istədiyi yeni dünya düzəni quran tərəfdədir, şər üçbucağına qarşıdır. Ermənistan isə tamam fərqli müstəvidədir”.

Rüfət SULTAN/sfera.az

Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed