Şrift:
“Çelsi” UEFA Çempionlar Liqasının finalına yüksəlib
06.05.2021 [10:12] - Gündəm, İdman
Mayın 5-də futbol üzrə UEFA Çempionlar Liqasının daha bir yarımfinal oyun keçirilib.

Mərhələnin ikinci oyun günündə “Çelsi” klubu doğma azarkeşlər önündə “Stenford Bric” stadionunda “Real Madrid” komandasını qəbul edib.

Görüş London təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:0.

Oyunda hesabı “Çelsi” klubu matçın 28-ci dəqiqəsində açıb. Timo Verner fərqlənib.

Fasilədən sonra hücumların artıran Tomas Tuxelin yetirmələri rəqibini ikinci dəfə cəzalandırıb. Meydana təzə çıxan Kristian Pulişiçin cinah ötürməsinsən sonra hamıdan tez topa yetişən Meyson Mount hesab arasındakı fərqi iki topa çatdırıb.

Bu komandaların arasında Madriddə keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Çelsi” klubu qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk finalçısı ötən gün “Paris Sen-Jemen” klubunu iki oyunun nəticəsinə əsasən (2:1, 2:0) məğlub edən “Mançester Siti” olub.

Xatırladaq ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed