Şrift:
Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb
06.05.2021 [10:16] - Xəbərlər, Siyasət
Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb.

Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yaralananların sayı 183 nəfərdir.

Tacikistan mətbuatının verdiyi məlumata görə, münaqişədə 19 nəfər ölüb, 88-i yaralanıb.

Qırğızıstan və Tacikistan qarşıdurmanın başlanmasına və güclənməsinə görə bir-birlərini ittiham edirlər.

Qırğızıstanın Baş prokurorluğu Tacikistana müxtəlif maddələrlə 11, Tacikistanın Baş prokurorluğu isə Qırğızıstana bir neçə maddə ilə cinayət işi açıb.

Qarşılıqlı ittihamların fonunda mayın ortalarında Qırğızıstan Prezidenti Sadır Japarovun Tacikistana səfəri nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed