Şrift:
ÜST: Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 847 mindən çox artıb
07.05.2021 [10:40] - Gündəm, Sosial
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 847 mindən çox artıb.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 847 min 537 nəfər yeni koronavirusa yoluxub, 14 min 777 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 154 milyon 815 min 600, ölənlərin isə 3 milyon 236 min 104 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed