Şrift:
Qadın güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
07.05.2021 [10:56] - Gündəm, İdman
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin ikinci günündə - mayın 7-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Qadın güləşçilərimizdən Türkan Nəsirova (53 kq) Luisa Melendres (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulova, Tatyana Omelçenko (62 kq) Luisa Niemeş (Almaniya) - Cessika Bruilette (Kanada) cütünün qalibi ilə, Elis Manolova (68 kq) Aqoro Papavasileu (Yunanıstan), Gözəl Zutova (76 kq) isə rumıniyalı Katalina Axente ilə üz-üzə gələcək.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed