Şrift:
Lavrov saxta “soyqırımı” abidəsində: “Biz Rusiyada yaşayan tatarların, çuvaşların taleyi ilə bağlı danışsaq...” – Partiya sədri
07.05.2021 [12:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“O, rəsmi şəxs olaraq, həmin bəndin protokoldan çıxarılmasını istəyə bilərdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Ermənistana rəsmi səfəri çərçivəsində İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

MDHP sədri bildirib ki, Rusiya rəsmilərinin bu davranışı Moskvanın artıq institutlaşmış siyasətidir:

“Zamanında Çar Rusiyası bu problemi bilərəkdən yaradıb. Bütün Türk dünyasının ortasına paz effekti qoyub. Azərbaycana qarşı nə İranın, nə də Rusiyanın münasəbiti dəyişəcək. Bu yaxında İranda da qondarma “soyqırımı” qeyd olunmuşdu. Hərçənd ki, Urmiyada 10 minlərlə insan öldürülüb, ancaq onu yada salan yoxdur.

O cümlədən, Lavrovun İrəvandakı o abidəni ziyarət etməsi Rusiyanın mövqeyidir. Lavrov rəsmi şəxs olaraq, həmin bəndin protokoldan çıxarılmasını istəyə bilərdi. Rusiyalı nazirin bu davranışı Moskvanın Türkiyəyə münasibətini də ortaya qoyur.

Ermənilər “4 T” düsturu ilə çıxış edirlər: tanıma, tanıtma, təzminat, torpaq. Bu o deməkdir ki, Türkiyə zəif vəziyyətə düşən kimi ondan təzminat və torpaq almaq istəyəcəklər. Rusiya da bu məsələdə onlara dəstək verəcək.

Putin özü etiraf etdi ki, balansı saxlamaq üçün Ermənistana silah yardımı ediblər. 400 ton bir, 500 ton bir silahı İran üzərindən onalra ötürüblər. Biz Rusiyanın daxili işləri ilə bağlı danışıqlar aparmırıq. Rusiya da Azərbaycanın daxili işinə qarışmamalıdır.

Biz nə vaxtsa, Rusiyada yaşayan tatarların, çuvaşların taleyi ilə bağlı danışsaq, o zaman onlar da Qarabağla bağlı danışa bilərlər. Bütün bu məsələlərə dövlət, partiyalar, XİN və media səviyyəsindəs sərt təpki göstərməliyik”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed