Şrift:
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər
08.05.2021 [15:41] - Xəbərlər, Hərb
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Dövlət himnimiz səsləndirildikdən sonra gənc əsgərlər təntənəli şəkildə Vətənə sədaqət andı içərək, ordu sıralarına tamhüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.

Polkovnik Mübariz Rzayev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən igid oğullarımız kimi Vətəni qoruyacaqlarına söz verib.

General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçü kimi yollanacaqlar.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed