Şrift:
Tbilisidə Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir
10.05.2021 [11:55] - Gündəm, İdman
Gürcüstan paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri keçirilir.

Yeniyetmə və gənclər arasında təşkil olunan yarış Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə təşkil olunub.

Turnirə səfirliyin binasında start verilib. Səfir Faiq Quliyev idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, 32 nəfərin iştirak etdiyi turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutacaq şahmatçılar təltif olunacaqlar.

Oyunlar İsveçrə (10 dəqiqə, əlavəsiz) sistemi ilə keçirilir.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed