Şrift:
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif növ ağac əkilib
10.05.2021 [13:04] - Xəbərlər, İqtisadiyyat
Astarada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Astara Rayon İcra Hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirak etdiyi aksiyada prospekt və küçələr səliqəyə salınıb, bardurlər, ağacların gövdələri əhənglə ağardılıb, geniş miqyasda ərazi tullantılardan təmizlənib.

Humanitar aksiyada Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astara şəhərinə aid hissəsində sərv, eldar şamı, akasiya, göyrüş, girdəyarpaq birgöz, dəmir ağacı, palıd, ağcaqayın və digər ağac növlərindən ibarət ümumilikdə 1200-ə qədər ağac əkilib.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed