Şrift:
Xaçmazda ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar 980 ədəd ağac əkilib
10.05.2021 [13:19] - Xəbərlər, İqtisadiyyat
Mayın 10-da Xaçmazda ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətinin və yerli hüquq mühafizə orqanlarının rəhbərləri müasir, müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq ruhuna ehtiram nümayiş etdiriblər.

Prezident İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Xaçmaz rayonunda növbəti ağacəkmə kampaniyası da keçirilib. Ekoloji aksiya zamanı Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsinə 980 ədəd ağac əkilib. Yaşıllıqların qorunması və əkilən ağaclara mütəmadi qulluq göstərilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed