Şrift:
Bərdədə İkinci Dünya müharibəsi veteranı Mirzə Məmmədovla görüş keçirilib
10.05.2021 [13:21] - Gündəm, Sosial
Bərdə şəhərindən İkinci Dünya müharibəsi veteranı Mirzə Məmmədovun ən böyük arzusu 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və bir daha qələbə sevincinin yaşamaq istəyi idi. Artıq o, bu arzusuna çatıb.

Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri İkinci Dünya müharibəsi veteranı Mirzə Məmmədovu ziyarət ediblər.

Görüş zamanı bildirilib ki, 1941-1945-ci illərdə Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərib. Mirzə Məmmədov İkinci Dünya müharibəsi illərində keçdiyi döyüş yolundan bəhs edib. Bildirib ki, 1942-1945-ci illərdə Ukrayna, Macarıstan, Polşa və Almaniyada gedən döyüşlərdə iştirak edib, müxtəlif medal və ordenlərlə təltif olunub.

YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya Mirzə Məmmədova gözaydınlığı verərək onun ən böyük arzusunun reallaşdığını və 2020-ci ilin ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdüyünü, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu bildirib.

Veteran Mirzə Məmmədov Azərbaycan Ordusunun erməni faşizmi üzərində Qələbə qazanmasından fəxarət hissi duyduqlarını deyərək, bu sevinci xalqımıza bəxş etdiyi üçün, eləcə də müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed