Şrift:
Yaponiya parlamentinin aşağı palatası referendum keçirilməsi barədə qanun layihəsini bəyənib
11.05.2021 [11:09] - Gündəm, Sosial
Mayın 11-də Yaponiya parlamentinin aşağı palatasının deputatları Konstitusiya ilə əlaqədar ümumxalq referendumunun keçirilməsi barədə qanun layihəsini bəyənib.

Sənədin qəbulu üçün həm hakim Liberal Demokratik Partiyanın, həm də əsas müxalifət partiyalarının nümayəndələri səs veriblər. Qanun layihəsinin iyunun ortalarınadək yuxarı palata tərəfindən bəyəniləcəyi də gözlənilir.

Qeyd edək ki, Yaponiyada indiyədək ümumxalq referendumunun keçirilməsi barədə konkret qaydalar müəyyən edilməyib və bu, ölkə Konstitusiyasına yenidən baxılması istiqamətində mühüm addım hesab olunur.

Müvafiq qanun layihəsi 2018-ci ilin iyununda parlamentin müzakirəsinə təqdim edilsə də, onun müzakirələri böyük çətinliklə aparılıb. İrəliləyişə yalnız LDP-nin müxalifətin Konstitusiyaya dəyişikliklərlə bağlı təbliğat kampaniyasının təşkili zamanı məhdudiyyətlərlə əlaqədar təklifləri qəbul etməsindən sonra nail olunub.

Bununla yanaşı, müxalifətin hakim partiyanın Konstitusiyaya konkret dəyişikliklərlə bağlı real müzakirələrin başlamasına qarşı olduğu da bildirilir. Bu dəyişikliyin Konstitusiyanın 9-cu maddəsində nəzərdə tutulduğu kimi, ölkənin silahlı qüvvələrə malik olmaması ilə əlaqədar olduğu bildirilir. Həmin maddə Yaponiyanın quru, dəniz və hərbi-hava qüvvələrinə malik ola bilməsindən, həmçinin müharibədən xalqın suveren hüququ kimi istifadəsindən imtinanı nəzərdə tutur. Eyni zamanda, 1947-ci ildə qəbul edilən əsas qanunda əlavə dəyişikliklərin aparıla biləcəyi də ehtimal edilir ki, buraya da koronovirus pandemiyası ilə əlaqədar hökumətin səlahiyyətlərinin genişləndirilməsi də daxildir.

Son vaxtlar Yaponiyada aparılan sosial sorğuların nəticələri seçicilərin Konstitusiyaya yenidən baxmaq barədə təklifi bəyəndiklərini təsdiq etsə də, 9-cu maddənin dəyişdirilməsinə ehtiyatla yanaşıldığını göstərir. Ölkə qanunvericiliyinə görə, Konstitusiyada dəyişiklik yalnız ümumxalq səsverməsi yolu ilə mümkündür. Referendum isə parlamentin hər iki palatasının deputatlarının üçdəikisinin razılıq verməsindən sonra təşkil edilə bilər
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed