Şrift:
Türkiyədə koronavirusdan ölənlərin sayı 44 mini ötüb
14.05.2021 [10:38] - Gündəm, Sağlıq
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tam qapanma şəraiti başa çatandan sonra normallaşa prosesi mərhələli şəkildə aparılacaq. Hökumətin növbəti iclasında COVID-19 virusu ilə mübarizə məsələsinin gündəliyə daxil ediləcəyi gözlənilir.

Bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca ifadə edib. Nazir əminliklə bildirib ki, tam qapanma və kütləvi peyvəndləmə yaxın vaxtlarda yoluxma sayını minimuma endirəcək. Hələlik isə ümumi ölüm sayı sürətlə artmaqdadır.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 13-də ölkə üzrə 238 nəfər bu infeksiyadan ölüb, 55 min 472 xəstə sağalıb. Dünyasını dəyişənlərin sayı 44 min 59 nəfərə çatıb. Hazırda 2 min 765 nəfər reanimasiyadadır.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində mayın 17-də saat 05:00-da başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed