Şrift:
Myanmada həbs olunan yapon jurnalist azadlığa buraxılıb
14.05.2021 [10:42] - Gündəm, Bildiriş
Myanmada yalan məlumat yaymaqda və ölkəyə qeyri-qanuni gəlməkdə ittiham edilərək həbs olunan yapon jurnalist Yuki Kitazumi azadlığa buraxılıb və vətəninə qayıdır

Bu barədə mayın 14-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, mayın 13-də həbsxanadan polis bölməsinə köçürülən jurnalist mayın 14-də “Yanqon” beynəlxalq aeroportuna gətirilib. Gün ərzində onun Yaponiyaya yola salınacağı gözlənilir.

Xəbər verdiyimiz kimi, Y.Kitazumi aprelin 19-da həbs olunub. Təqsirli bilinəcəyi təqdirdə, onu 5 ilədək həbs cəzası gözləyirdi. Əvvəllər nüfuzlu “Nikkei” qəzetində çalışan Y.Kitazuminin son vaxtlar müstəqil jurnalist kimi fəaliyyət göstərdiyi də qeyd edilir.

Xatırladaq ki, cari il fevralın 1-də Myanma hərbçiləri fövqəladə vəziyyət rejimi elan edərək, ölkə rəhbərliyini hakimiyyətdən uzaqlaşdırıblar. Ordu rəhbərliyi bunu 2020-ci ilin noyabrında keçirilən seçkilər zamanı kütləvi şəkildə yol verilmiş saxtakarlıqlarla əlaqələndirir. Fevralın əvvəllərindən bütün ölkədə mülki hakimiyyətin zorla dəyişdirilməsinə qarşı etiraz aksiyaları davam edir. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Myanmada etirazların 780-dən çox iştirakçısı öldürülüb
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed