Şrift:
“Əl Hərir” portalı “Xarıbülbül” musiqi festivalı haqqında AZƏRTAC-ın xəbərini yayımlayıb
15.05.2021 [13:24] - Xəbərlər, Siyasət
Əlcəzairin “Əl Hərir” informasiya portalında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında AZƏRTAC-ın xəbəri və fotoşəkillər yayımlanıb.

Xəbərdə qeyd olunub ki, qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenidən öz qonaqlarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev festivalın açılışında çıxış edib. Sonra ifaçıların çıxışları dinlənilib. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edilməsində iştirak etmiş xüsusi təyinatlılar ilə şəkil çəkdirib, hamı birlikdə “Qarabağ Azərbaycandır!” deyib.
Bu xəbər oxucular tərəfindən 250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed