Şrift:
Azərbaycan XİN: Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil
26.05.2021 [09:56] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Mayın 25-də Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan xarakteri daşıdığı, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib.

Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir.

Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.

Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır.

Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq.
Bu xəbər oxucular tərəfindən 15964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed