Şrift:
Şamaxıda vaksinasiya prosesi uğurla icra olunur
04.06.2021 [10:49] - Gündəm, Sağlıq
Şamaxı rayonunda əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası davam etdirilir.

Rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahdan bildirilib ki, Şamaxı Müalicə Diaqnostika Mərkəzində təşkil edilən vaksinasiya məntəqəsində bu günədək 18500 nəfər rayon sakini peyvənd olunub. Onlardan 7000 nəfərinə ikinci doza vurulub. Rayonda hər gün orta hesabla 450-500 nəfər peyvənd olunur.

Bölgədə əhalinin bu istiqamətdə maarifləndirilməsi və peyvəndləmə işlərinin daha çevik təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed