Şrift:
İrandan daha bir ermənipərəst addım: Həmədan məhsulları Ermənistan sərgisində
08.06.2021 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Həmədan Çantaları və Ayaqqabıları İstehsalçıları Birliyinin sədri Əhməd Qazerani məlumat verib.

“Əyalətin çanta və ayaqqabı istehsalçıları öz məhsullarını tanıtmaq üçün Ermənistanda keçiriləcək sərgidə iştirak edəcəklər”-deyə, Əhməd Qazerani bildirib.

Əhməd Qazerani “Tasnimnews”a açıqlamasında deyib ki, istehsalçılar iyunun 10-da Ermənistana yola düşəcəklər.

“Həmədan məhsulları olan çanta və ayaqqabıların Rusiya, Əfqanıstan, Pakistan, Əraq və Ermənistan kimi ölkələrə ixracı üçün lazımı infrastruktur (alt quruluş) hazırdır"-deyə, sədr vurğulayıb.

Qeyd edək ki, daim işğalçı Ermənistana dəstək verən İran 44 günlük Qarabağ müharibəsi dövründə də əraziləri işğal edilən və əhalisi soyqırımına məruz qalan Azərbaycanın yanında yer almadı. Əksin İran hökumət İrəvana siyasi, iqtisadi və xüsusilə hərbi yardımlar etdi.

Son vaxtlarda İran yük maşınlarının qanunsuz şəkildə və Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa içərisində məlum olmayan yüklər daşıması ilə bağlı ictimai şəbəkələrdə bir neçə video yayılıb.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed