Şrift:
Bu günədək “8 Noyabr” metro stansiyasından 2500-dək sərnişin istifadə edib
08.06.2021 [10:54] - Gündəm, İqtisadiyyat
İndiyədək “8 Noyabr” metro stansiyasına təqribən 2500 sərnişin daxil olub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eyni zamanda, sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək az sərnişin daşıyıb. Belə ki, qeyd edilən müddətdə orta hesabla gün ərzində 350-400 min civarında sərnişin metrodan istifadə edib.
Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed