Şrift:
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb
09.06.2021 [11:38] - Xəbərlər, Hadisə
Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi həlak olub, bir nəfər isə yaralanıb.

TOLO News telekanalına istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə iyunun 8-də gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib. Qəzanın baş verdiyi əraziyə gələn digər helikopter yaralını xəstəxanaya çatdırıb.

Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatı helikopteri vurduğunu iddia edib.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında sülh danışıqları başlayıb.
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed