Şrift:
Ankarada Türkiyə-Qırğızıstan əlaqələrinin inkişaf yolları müzakirə olunub
10.06.2021 [09:49] - Xəbərlər, İqtisadiyyat
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türkiyə Respublikasına səfər edib.

Ankarada Türkiyə Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında təkbətək, sonra isə heyətlərarası görüş keçirilib.

Türkiyə ilə Qırğızıstan arasında əməkdaşlıq sənədləri imzalanandan sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilib.

Prezidentlər birgə mətbuat konfransında ifadə ediblər ki, keçirilən görüşlərdə Türkiyə-Qırğızıstan münasibətlərinin inkişaf istiqamətləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümünü təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bu baxımsızlığı ilk tanıyan ölkə olub.

Prezidenti Sadır Japarov diqqətə çatdırıb ki, səfər çərçivəsində Türkiyə sərmayəsinin Qırğızıstana cəlb olunması ciddi şəkildə müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed