Şrift:
Özbəkistanla Tacikistan arasında 730 milyon dollar həcmində müqavilə imzalanıb
10.06.2021 [09:55] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün Tacikistanın Boxtar şəhərində keçirilən Özbəkistan-Tacikistan birinci Regionlararası İnvestisiya Forumunda 730 milyon dollar həcmində müqavilə imzalanıb.

Forumda Tacikistan Baş nazirinin birinci müavini Davlatali Said, Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov, hər iki ölkədən nazirlər, banklar rəhbərləri, həmçinin 300-dən artıq sahibkar iştirak edib.

Forumda nizamnamə kapitalı 50 milyon dollar olan Özbəkistan-Tacikistan İnvestisiya Fondunun yaradıldığı elan olunub.

Tərəflər birgə avtomobil zavodunun, həmçinin transformator, məişət texnikası, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı istixana komplekslərinin və müəssisələrinin yaradılması haqqında razılıq əldə ediblər.
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed