Şrift:
Merkel bir daha cəmiyyətin diqqətini iqlim dəyişikliyi problemlərinə yönəldib
10.06.2021 [10:08] - Xəbərlər, Siyasət
Almaniyanın Federal kansleri Angela Merkel ölkə hökuməti yanındakı “Davamlı İnkişaf Şurası” adlı məsləhət orqanının 20-ci İllik Konfransında çıxış edib.

O, öz çıxışında siyasətçiləri yığılmış mövcud problemləri, xüsusən də qlobal istiləşmə problemini, almanların gələcək nəsillərinə saxlamamağa çağırıb. “Gələcək nəsillər iqlim dəyişikliyi problemləri ilə tək qalmamalıdırlar. İndiyə qədər etdiklərimiz heç də kifayət deyil. Çünki bu, onların yox, bizim məsuliyyət yükümüzdür”, - deyə Merkel qeyd edib.

O, beynəlxalq birliyin 2030-cu ilədək davamlı inkişafa nail ola bilməyəcəyindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, “dünyanın məhz gənc və gələcək nəsillərdən asılı olması, bizi həqiqətən də narahat etməlidir”.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed