Şrift:
ISESCO Bakı Dövlət Universitetində cihaz mühəndisliyi və proqramlaşdırma təlimləri keçirəcək
10.06.2021 [12:21] - Xəbərlər, Mədəniyyət
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) təşəbbüsü və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə 2021-ci il iyulun 26-dan 29-dək BDU-da gənc tədqiqatçılar üçün cihaz mühəndisliyi və proqramlaşdırma üzrə təlimlər keçiriləcək.

BDU-dan bildirilib ki, proqram çərçivəsində cihaz mühəndisliyi sahəsində bacarıqların artırılması məqsədilə sadə və mürəkkəb cihazların və qurğuların əsasları, hazırlanması, diaqnostikası, təmiri, dizaynı və proqramlaşdırma ilə bağlı biliklər tədris ediləcək.

Təlimlərdə BDU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin hər birindən 6 gənc tədqiqatçının iştirak etməsi nəzərdə tutulur.

Qeyd edək ki, təlim proqramı Təhsil Nazirliyinin ISESCO ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed