Şrift:
İdman gimnastlarımız Xorvatiyada dünya kuboku yarışlarında iştirak ediblər
14.06.2021 [14:04] - Xəbərlər, İdman
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi yığmamızın üzvləri İvan Tixonov, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil ediblər.

İ.Tixonov halqalar, dayaqlı tullanma və paralel qollar üzrə final mərhələlərinə vəsiqə qazanıb. Dayaqlı tullanma alətində təmsilçimizi fəxri kürsüdən bir addım ayırıb. 14.416 xalla o, 4-cü pillədə qərarlaşıb. Digər iki final mərhələsində isə İ.Tixonov 7-ci olub. N.Simonov isə halqalar üzrə finalda 6-cı yerdə qərarlaşıb.

S.Qəhrəmanova ən yaxşı nəticəsini dayaqlı tullanma (9-cu yer), M.Minakovskaya isə müxtəlif hündürlüklü qollarda (12-ci yer) nümayiş etdirib.
Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed