Şrift:
FHN: Xəzər rayonunda ağaclıq ərazidə baş verən yanğın söndürülüb
23.06.2021 [13:58] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda ağaclıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.

Əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed