Şrift:
Gürcüstanda deputat mandatından imtina edən siyasi partiyalar dövlətdən maliyyə yardımı ala bilməyəcək
23.06.2021 [14:17] - Xəbərlər, Siyasət
Gürcüstanda deputat mandatından imtina edən siyasi partiyalar dövlətdən maliyyə yardımı ala bilməyəcəklər.

Gürcüstan parlamenti bununla bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsində deyilir ki, parlament seçkilərində mandat qazanmış siyasi partiya üzvlərinin yarısı və ya yarıdan çoxu deputat mandatından imtina edərsə, həmin partiya dövlət tərəfindən ayrılan büdcə vəsaitindən məhrum ediləcək. Həmçinin həmin partiya pulsuz efir vaxtı da ala bilməyəcək.

Qanun layihəsi 79 səs lehinə və 22 səs əleyhinə olmaqla qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed