Şrift:
Muzey əməkdaşlarının məqaləsi beynəlxalq topluda
12.07.2021 [14:09] - Xəbərlər, Kitab evi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə “Nuntia vetustatis” elmi məqalələr toplusu nəşr olunub.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən bildiriblər ki, topluda bu müəssisənin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, professor Əli Rəcəbli, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İradə Nəcəfovanın həmmüəllifi olduğu “Milli Azərbaycan Tarixi Muzeyindəki Oktavian Avqust dövrünün sikkə kolleksiyası məsələsinə dair” (rus dilində, Sankt-Peterburq) adlı məqalə dərc edilib.

Tarixçi-antikşünas alim, professor İya Leonidovna Mayakın xatirəsinə həsr edilmiş beş bölmədən ibarət topluda qeyd edilən məqalə “Qədim Roma” bölməsinə daxil olunub. Məqalədə Azərbaycanın müxtəlif məkanlarında (Bərdə, Beyləqan, Qəbələ və s.) aşkarlanmış, hazırda muzeyin Numizmatika fondunda qorunan Oktavian Avqust dönəminə aid sikkələrin numizmatik tədqiqi əsasında Qafqaz Albaniyasının Romanın Şərq vilayətləri ilə ticarət əlaqələri araşdırılıb.
Bu xəbər oxucular tərəfindən 306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed